Şənbə, 03 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Müəllimlərin əməkhaqları nə qədər artacaq? 

“Sosial şəbəkələrdə bizə ünvanlanan əsas suallardan biri də müəllimlərin əməkhaqqı artımları ilə bağlıdır. Artımların sertifikasiya nəticələrinə, yoxsa ümumi prinsiplərə əsaslanması da müzakirə olunan məsələlərdəndir”.

Oxu.Az xəbər verir ki, bunu deputat Vüqar Bayramov sosial şəbəkə hesabında qeyd edib.

O bildirib ki, 2024-cü ildə təhsilə ayrılan vəsaitlərin həcmində artımlar nəzərə tutulub:

“Bu il təhsil sektoruna ayrılan vəsaitin məbləği əvvəlki il ilə müqayisədə 142,8 milyon manat artırılaraq, 4 milyard 549 milyon manata çatdırılıb. Bu vəsaitin 2 milyard 372 milyon manat vəsaiti birbaşa ümumtəhsil xərcləridir. Əməkhaqqı artımları baxımdan digər mühüm məqam bu il büdcədən 93,6 milyon manatın ayrılmasının nəzərdə tutulmasıdır. Bu vəsaitin 71 milyon manatı sertifikasiya, 22,6 milyon manat məktəb direktor və müavinlərinin maaşlarına əlavələrə yönəldiləcək. Bu isə o deməkdir ki, sertifikasiyada uğur qazanan müəllimlərin əməkhaqlarında artımlar olacaq. Bu il 30 min müəllimin sertifikasiya imtahanlarında iştirakı nəzərdə tutulur.

Mövcud qaydalara əsasən, imtahan mərhələsində 30-50 bal toplayanların əməkhaqqısı 10, 51-60 ballıq nəticə göstərənlərin maaşları isə 35 faiz artır. Diferensial sistemin dəyişdirilməsinə və əməkhaqqı artımlarının müasir qiymətləndirmə sistemlərinə uyğunlaşdırılmasına ehtiyac var.

Bu baxımdan təklif edirik ki, ümumi sualların 80 faizindən çoxunu doğru cavablandırmış, yəni 48 bal toplamış müəllimlərimizin də əməkhaqlarının 35 faiz artırılmasının maliyyə tutumu hesablansın və buna uyğun olaraq müvafiq qaydalara dəyişiklik edilsin”.

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakı-Sumqayıt yolundakı avtobus qəzasında ölən və yaralananların adları açıqlanıb - Yenilənib

Paris-2024: Azərbaycan cüdoçusu təsəlliverici görüşdə mübarizəni dayandırıb

İran hərbi texnikaları hərəkətə keçdi - Əhaliyə xəbərdarlıq edildi

İsrail ilə Türkiyə arasında artan gərginlik və Azərbaycan...

Qazaxda mina partlayışında xəsarət alan iki nəfərin ayağı amputasiya edilib - Yenilənib

Ovuclardakı xətlər nəyə lazımdır? - İnsan bədəni haqqında

Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Milli Kino Günü qeyd olunub

Partnyorunuzla xoşbəxt münasibət qurmağın 3 yolu

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay